Modern.az

Ukraynanın işğalda olan şəhərində 9 sakin ÖLDÜRÜLDÜ

Ukraynanın işğalda olan şəhərində 9 sakin ÖLDÜRÜLDÜ

Dünya

29 Oktyabr 2023, 18:03

Ukraynanın Donetsk vilayətinin işğal altındakı Volnovaxa şəhərində biri uşaq olmaqla doqquz nəfər qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin merinin müşaviri Petro Andrüşenko teleqramda deyib.

 

“Rusiyalı hərbçi evdə doqquz nəfəri qətlə yetirib”, - Ukrayna rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, hadisəyə səbəb “böyük ailənin kadırovçulara evi təhvil verməməsi” olub.

 

Andrüşenko qeyd edib ki, bu, “işğalçıların ən böyük və ən səs-küylü cinayətidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!