Modern.az

Hellouin şənliklərində atışmalar oldu - 6 nəfər öldü

Hellouin şənliklərində atışmalar oldu - 6 nəfər öldü

Dünya

29 Oktyabr 2023, 23:45

ABŞ-da Hellouin şənliklərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

 

Hellouin ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur, lakin bu tarix 2023-cü ildə iş gününə düşdüyü üçün Amerikanın bir çox şəhərlərində şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

 

ABŞ-da bir neçə oxşar partiyada atışma baş verib: Tampa şəhərində (Florida) atışmaya çevrilən kütləvi dava nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

İndiana ştatının İndianapolis şəhərində 100-dən çox insanın iştirak etdiyi bir gənclik məclisində açılan atəş nəticəsində 1 nəfər ölüb , 8 nəfər yaralanıb. Bütün qurbanların yaşı 16 ilə 22 arasında dəyişir. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə