Modern.az

Rusiya Qəzzaya humanitar yardım göndərir - Vətəndaşlarını çıxarır

Rusiya Qəzzaya humanitar yardım göndərir - Vətəndaşlarını çıxarır

Dünya

10 Noyabr 2023, 09:20

Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının əhalisinə 25 ton əlavə humanitar yardım göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Nazirliyin İl-76 təyyarəsi Kazan hava limanından havaya qalxıb. Humanitar yük Misir ərazisinə çatdırılaraq Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək. Daha sonra Qəzza zolağının əhalisinə yönləndiriləcək.

 

Həmçinin qeyd olunub ki, 10 Rusiya vətəndaşı Qəzzadan təxliyə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək