Modern.az

Baydenin baş müşaviri istefa verdi 

Baydenin baş müşaviri istefa verdi 

Dünya

10 Noyabr 2023, 10:21

ABŞ prezidenti Co Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slote istefa verib.

 

Modern.az xəbər verir ki, o, qərarı barədə "Politico" qəzetinə danışıb.

 

O, prezidentliyinin əvvəlindən Baydenin komandasında işləyib. Xanım Sloat ABŞ-ın “ənənəvi müttəfiqləri ilə münasibətlərin qurulmasına” və “Rusiyaya qarşı mübarizəyə” cavabdeh idi.

 

Baş müşavir kimi Sloat prezidenti səkkiz Avropa səfərində, o cümlədən beş NATO sammitində və iki Avropa İttifaqı sammitində müşayiət edib.

 

“Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Mən yoruldum”, - Amanda Sloat bildirib. Onun son iş günü gələn cümə, noyabrın 17-si olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada