Modern.az

Vatikandan LGBT qərarı: İştirak edə bilərlər...

Vatikandan LGBT qərarı: İştirak edə bilərlər...

Dünya

10 Noyabr 2023, 10:44

Vatikan məlumat yayıb ki, transseksuallar "qalmaqal və ya çaşqınlıq yaratmadığı təqdirdə" Katolik Kilsəsində xaç suyuna çəkilə biləcəklər.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Vatikanın doktrina şöbəsi həmçinin bildirib ki, transseksuallar vəftiz mərasimlərində xaç babası, toylarda isə şahid ola bilərlər.

 

Bu addım Papa Fransiskin katolik kilsəsini LGBT icması üçün daha əlçatan etmək üçün növbəti cəhdidir.

 

Braziliya yepiskopu Xose Neqri kilsə rəhbərlərinə LGBT insanlar və onların vəftiz və nikah mərasimlərində iştirakı ilə bağlı 6 sual ünvanlayan məktub yazdıqdan sonra Vatikan transgenderlərə münasibətinə aydınlıq gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada