Venesuela prezidenti Nikolas Maduro bildirib ki, parlament spikeri başda olmaqla, ölkə ABŞ ilə gizli dialoqu davam etdirir.
Modern.az RİA-ya istinadən xəbər verir ki, 2019-cu ildən bəri Vaşinqton və Karakas arasında diplomatik əlaqələr yoxdur.
Lakin media Venesuelaya sanksiyaları yumşaltmağa kömək edəcək danışıqların keçən il başladığını yazıb.
Oktyabr ayında Maduro bəzi sanksiyaların ləğvinə cavab olaraq, ABŞ-la münasibətlərin məhdudiyyətlərin tamamilə aradan qaldırılması ilə başa çatacaq yeni mərhələsinə hazır olduğunu bəyan edib.