Modern.az

Orban Ukraynanın Aİ üzvlüyünə qarşıdır

Orban Ukraynanın Aİ üzvlüyünə qarşıdır

Dünya

10 Noyabr 2023, 13:36

Macarıstanın baş naziri Orban Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına qarşı çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Deetsche Welle" yazıb.

 

O vurğulayıb ki, Budapeştin bu məsələdə mövqeyi “aydındır”.

 

Noyabrın 8-də Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.

 

Avropa İttifaqı ölkələrinin liderləri dekabrın ortalarında Brüsselin mövqeyi ilə bağlı qərar qəbul etmək niyyətindədirlər, lakin bunun üçün Aİ-nin bütün 27 dövlətinin yekdilliyi lazımdır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...