Modern.az

Burak Yılmaz istefaya göndərildi 

Burak Yılmaz istefaya göndərildi 

Dünya

10 Noyabr 2023, 13:47

Türkiyənin “Beşiktaş” klubu Burak Yılmazla yolları ayırıb.

 

Modern.az xəbər verir ki, klub rəhbərliyi “Beşiktaş”ın baş məşqçisi postunu müvəqqəti icra edən Burak Yılmazı istefaya göndərib.

 

Komandanın baş məşqçisi Şenol Günəşin istefasından sonra bu vəzifə onun köməkçisi Burak Yılmaza həvalə edilmişdi.

 

Lakin Yılmazın rəhbərliyi altında komanda uğursuz çıxış etdiyinə görə onun da istefaya göndərilməsinə qərar verilib.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir