Modern.az

Tokayevin qazaxca danışması rusları təəccübləndirdi - VİDEO

Tokayevin qazaxca danışması rusları təəccübləndirdi - VİDEO

Dünya

10 Noyabr 2023, 14:17

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri zamanı maraqlı anlar yaşanıb.

 

Modern.az xəbər verir ki, bu, Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin mətbuata bəyanatlarla çıxışı zamanı baş verib.

 

Belə ki, çıxışına rusca başlayan Tokayev gözlənilmədən qazaxcaya keçib. Bir neçə cümlədən sonra o, yenidən rusca nitqini davam etdirib.

 

Qazaxıstan prezidenti qazaxca danışanda Putinlə yanaşı, Rusiya nümayəndə heyətinə daxil olan digər şəxslər də, o cümlədən Kremlin sözçüsü Dmitri Peskov və XİN başçısı Sergey Lavrov əvvəlcə duruxub, sonra isə qulaqlıqlarını taxmağa çalışıblar.

 

Onlar bundan sonra da çaşqınlıqlarını gizlədə bilməyiblər. Həmin anların görüntüsünü təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...