Modern.az

Polşa müxalifəti hakim koalisiyanı formalaşdırıb

Polşa müxalifəti hakim koalisiyanı formalaşdırıb

Dünya

10 Noyabr 2023, 16:50

Polşa müxalifəti yeni hakim koalisiya yaradıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Polşada keçirilən parlament seçkilərinin nəticələrinə görə, 2015-ci ildən hakimiyyətdə olan ultra-mühafizəkar “Hüquq və ədalət” partiyası 37 faiz səs toplayaraq birinci yeri tutub.

 

Amma bu, hakim koalisiya yaratmaq üçün kifayət etməyib. Avropayönlü sol mərkəzçi müxalifət isə əksinə, bunun üçün kifayət qədər səs toplayıb.

 

Bu gün müxalifətin nümayəndələri “Yeni Sol”, “Polşa 2050”, “Vətəndaş Koalisiyası” və Polşa Kəndli Partiyasının yeni koalisiyasının yaradılması haqqında saziş imzalayıblar.

 

Liberal Vətəndaş Koalisiyasının lideri, avropayönümlü keçmiş baş nazir Donald Tusk deyib: “Bundan sonra biz ölkəmiz və gələcək illər üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.

 

İndi “Hüquq və ədalət” tərəfdarı olan prezident Anjey Duda müxalifətə yeni hökumət qurmağı tapşırmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada