Modern.az

Paşinyan-Makron görüşünün DETALLARI

Paşinyan-Makron görüşünün DETALLARI

Dünya

10 Noyabr 2023, 17:10

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Nikol Paşinyan bu barədə öz X səhifəsində yazıb.

 

O, Makronla söhbəti "gözəl" adlandırıb.

 

“Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, - Paşinyan bildirib.

 

Qeyd edək ki, noyabrın 9-da Ermənistan baş naziri Fransa prezidenti Emmanuel Makronla görüşüb. Noyabrın 10-da Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib, daha sonra isə panel müzakirəsinə qatılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada