İranın İraqla sərhədə yaxın bölgəsində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələ 4,9 bal gücündə olub. Yeraltı təkanların episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 37 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.