Modern.az

İsraillə HƏMAS razılığa GƏLDİ

İsraillə HƏMAS razılığa GƏLDİ

Dünya

10 Noyabr 2023, 21:44

İsrail və HƏMAS hərəkatının rəhbərliyi qadın və uşaqların mübadiləsi barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Kanal İsrailin neçə nəfəri azad etmək qərarına gəldiyini açıqlamasa da, HƏMAS-ın oktyabrın 7-dən bəri girovluqda olan 100 qadın və uşağın mübadiləsinə razı olduğu bildirilir.

 

Girovların dəyişdirilmə tarixi məlum deyil. Kanalın məlumatına görə, Qətərin vasitəçiliyi ilə məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub, detalların müzakirəsi bir neçə gün davam edib.

 

İsrail tərəfinin məlumatına əsasən, HƏMAS 240-dan çox insanı girov saxlayır. Oktyabrın 20-də iki amerikalının, oktyabrın 23-də isə iki israillinin azad edilməsi barədə xəbər yayılıb. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sözlərinə görə, İsrail həbsxanalarında 6 mindən çox fələstinli var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək