Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 8-ci Zirvə Görüşündə iştirak edəcək.
Görüşdə İsrail və HƏMAS arasında gedən toqquşma müzakirə ediləcək. Sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək. Görüş çərçivəsində Türkiyə Prezidentinin liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.