Modern.az

Azərbaycan-Ermənistan arasında vasitəçilik üçün etimad vacibdir

Azərbaycan-Ermənistan arasında vasitəçilik üçün etimad vacibdir

Dünya

10 Noyabr 2023, 22:28

Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyə dair Gürcüstanın uğurlu presedenti var.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunda deyib.

 

Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı Qaribaşvili xatırladıb ki, Gürcüstan iki ölkə arasında iki il əvvəl uğurlu vasitəçilik edib.

 

"Bu, bizim Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə yaratdığımız ilk vasitəçilik presedenti idi. Azərbaycan saxlanılan 15 nəfəri Gürcüstanın vasitəçiliyi ilə azad etdi və İrəvan minalanmış ərazilərin xəritəsini verdi. Ona görə də Gürcüstan bu nəticələrə nail olmağa qadirdir”, - Qaribaşvili vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında vasitəçi o ölkə olmalıdır ki, ona hər iki tərəf etimad edir:

 

“Düşünürəm ki, burada etimad vacibdir. Çünki kimsə vasitəçilik təklif edirsə, bu vasitəçiyə hər iki tərəfdən etimad olmalıdır. Əgər etimad yoxdursa, vasitəçilik uğurlu olmayacaq. Daha bir məsələ isə - mən bu ilin əvvəlində Davosda da demişdim – ola bilsin tərəflər bir-birilərinə etibar etmirlər, lakin əməkdaşlıq olmalıdır. Əməkdaşlıq, müzakirələr və dinc dialoq olmadan sülh olmayacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək