Modern.az

İsrail müharibədən sonra Qəzzada nəzarət yaradacaq

İsrail müharibədən sonra Qəzzada nəzarət yaradacaq

Dünya

11 Noyabr 2023, 00:55

HƏMAS hərəkatı məhv edildikdən sonra İsrail Qəzza zolağında tam təhlükəsizlik nəzarəti yaradacaq.

 

Modern.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzza yaxınlığında yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşü zamanı deyib.

 

“Bu, Qəzzada İsrailin təhlükəsizliyinə tam nəzarət, o cümlədən demilitarizasiya, anklavın israillilər üçün heç bir təhlükə yaratmadığından əmin olmaq üçündür”, - deyə Netanyahu qeyd edib.

 

Netanyahu vurğulayıb ki, İsrail ordusu Qəzza zolağına nəzarəti əlində saxlayacaq: “Biz bunu beynəlxalq qüvvələrə həvalə etməyəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək