Modern.az

Bu gün Ər-Riyadda Ərəb-İslam birgə sammiti KEÇİRİLƏCƏK

Bu gün Ər-Riyadda Ərəb-İslam birgə sammiti KEÇİRİLƏCƏK

Dünya

11 Noyabr 2023, 09:00

Noyabrın11-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammiti keçiriləcək. Əvvəlcə Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasının və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinin ayrıca keçiriləcəyi güman edilirdi, lakin sonra onların birləşdirilməsinə qərar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, Qəzza zolağında baş verən müstəsna halları nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı ilə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı arasında aparılan məsləhətləşmələrdən sonra bu gün Ər-Riyadda fövqəladə Ərəb-İslam sammitinin keçirilməsi qərara alınıb.

 

Ərəb Liqası Şurasının fövqəladə iclasının ən yüksək səviyyədə keçirilməsi təşəbbüsü Səudiyyə Ərəbistanı rəhbərliyinə və Fələstin Prezidenti Mahmud Abbasa məxsusdur.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək