Modern.az

Rusiya Kiyevə “İsgəndər” ATDI

Rusiya Kiyevə “İsgəndər” ATDI

Dünya

11 Noyabr 2023, 12:06

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.

 

Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

 

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir