Modern.az

Qəza törətdiyinə görə nazir işdən çıxarıldı 

Qəza törətdiyinə görə nazir işdən çıxarıldı 

Dünya

11 Noyabr 2023, 22:56

Xorvatiyanın baş naziri Andrey Plenkoviç müdafiə naziri Mario Banoçiçi ölümlə nəticələnən yol qəzasına görə vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Xorvatiya hökuməti məlumat yayıb.

 

Müdafiə naziri vəzifəsini icra etmək səlahiyyəti dövlət katibi Zdravko Yakopoya verilib.

 

Qeyd edək ki, qəza noyabrın 11-də səhər tezdən baş verib. Prokurorluğun bildirdiyinə görə, Banoziçin maşını dumanda yük maşınını ötərək qarşıdan gələn mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır