Kəlağayı Azərbaycan qadınının zərifliyini və milli ənənələrini əks etdirən dəyərlərdən biridir. Bu milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir.
Modern.az xəbər verir ki, bunu Bakı sakini Əfsanə Rüstəmova “Kəlağayı yürüşü” ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, kəlağayının incəliyi və xanımlara verdiyi xüsusi görünüş onun ən çox bəyəndiyi xüsusiyyətlərdəndir.
Əfsanə Rüstəmovanın sözlərinə görə, Azərbaycan qadınları xarici ölkələrdə ölkəmizi təmsil edərkən kəlağayıdan milli atribut kimi istifadə etməlidirlər.
O, kəlağayı ənənəsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və bu dəyərin daha geniş təbliğ olunmasını arzuladığını bildirib.