Modern.az

Kəlağayı Azərbaycan qadınını hamıdan fərqləndirir - Almaniyada yaşayan azərbaycanlı

Kəlağayı Azərbaycan qadınını hamıdan fərqləndirir - Almaniyada yaşayan azərbaycanlı

Ölkə

Bu gün, 17:47

Uzun illərdir Almaniyada yaşayan Mehriban Əhmədova Bakıya səfəri zamanı “Kəlağayı yürüşü”ndə iştirak edib. 

O, tədbirin yaratdığı ab-havadan zövq aldığını və rəngbərəng kəlağayıların nümayişinin xüsusi gözəllik yaratdığını bildirib.

Modern.az xəbər verir ki, bunu Almaniya vətəndaşı Mehriban Əhmədova “Kəlağayı yürüşü” ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, kəlağayı Azərbaycan qadınını fərqləndirən, milli kimliyimizi özündə əks etdirən gözəl simvollardan biridir.

Mehriban Əhmədovanın sözlərinə görə, dünyanın harasında olmasından asılı olmayaraq, kəlağayı örtmüş qadını görəndə onun azərbaycanlı olduğunu tanımaq mümkündür.

Almaniyada yaşadığı müddətdə kəlağayıya xüsusi bağlılığının olduğunu deyən müsahibimiz qeyd edib ki, bir neçə il əvvəl Azərbaycandan gələn dostu ona hədiyyə olaraq kəlağayı gətirib və o, bu gün də həmin kəlağayıdan sevə-sevə istifadə edir.

O vurğulayıb ki, kəlağayı müxtəlif yaşlarda və həyat tərzlərində olan qadınların görünüşünə özünəməxsus gözəllik qatır, eyni zamanda, milli obraz yaradır.

Mehriban Əhmədova kəlağayının gələcək nəsillərə tanıdılmasının və gənc qızlar arasında istifadəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Uzun müddətdir Azərbaycanda yaşamayan qızlarının da yürüşdə iştirakından sevindiklərini bildirən müsahibimiz tədbirin onlar üçün də xoş təəssürat yaratdığını deyib.

O əlavə edib ki, yürüşdə iştirak edən gənc qızların və xanımların milli geyimlərdə, rəngbərəng kəlağayılarda görünməsi Azərbaycan qadınının gözəlliyini və milli özünəməxsusluğunu bir daha nümayiş etdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir