Modern.az

İsrail Suriyaya zərbələr endirdi

İsrail Suriyaya zərbələr endirdi

Dünya

12 Noyabr 2023, 08:17

İsrail Müdafiə Ordusu Colan təpələrinə hücuma cavab olaraq Suriyadakı terror infrastrukturuna zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti özünün teleqram kanalında məlumat yayıb.

 

“Bir müddət əvvəl, dünən Colan təpələri istiqamətində edilən hücuma cavab olaraq, İsrail Müdafiə Ordusunun bölmələri Suriyadakı terror infrastrukturuna zərbələr endiriblər”, - deyə məlumatda qeyd edilib.

 

Ordunun mətbuat xidməti bildirib ki, İsrail hərbçiləri Suriyadan atəş aşkarlayıb və cavab zərbələri endirməyə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir