Modern.az

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğradı

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğradı

Dünya

12 Noyabr 2023, 09:25

ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

 

Modern.az ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məlumatına əsasən xəbər verir ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb.

 

“Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmən fəaliyyəti əlaməti yoxdur”, – bəyanatda vurğulanıb.

 

Komandanlıq amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb.

 

“Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb”, – komandanlıq diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...