Modern.az

Rusiyada yaşayış binasında yanğın - 9 ölü

Rusiyada yaşayış binasında yanğın - 9 ölü

Dünya

12 Noyabr 2023, 13:14

Rusiyanın Tomsk şəhərində ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qurumuna istinadən məlumat yayıb.

 

Yanğın noyabrın 12-nə keçən gecə yerli vaxtla saat 03:29-da Vanzetti küçəsindəki evdə baş verib. Alov 165 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər gələn zaman alov ikinci mərtəbədəki mənzilləri bürüyüb. Təcili yardım xidmətləri iki nəfəri pəncərələrdən çıxararaq xilas edib.

 

Yanğın yerli vaxtla saat 06:05-də söndürülüb. Onun söndürülməsinə 31 nəfər, 8 texnika iştirak edib. Hadisənin səbəbi məlum deyil.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək