Modern.az

HƏMAS İsraillə danışıqları dayandırdı 

HƏMAS İsraillə danışıqları dayandırdı 

Dünya

12 Noyabr 2023, 19:57

HƏMAS Qəzzanın şimalında yerləşən "Əl Şəfa" xəstəxanasının atəşə tutulmasını əsas gətirərək İsraillə girovların azad edilməsi üçün danışıqların dayandırıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Xəstəxana bu gecə, noyabrın 12-də intensiv atəşə məruz qalıb. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı xəstəxanadan komanda mərkəzi kimi istifadə etməkdə ittiham edir. HƏMAS ittihamları rədd edir.

 

İsrsil ordusu xəstəxanaya hücumları rədd edərək, şərq hissəsinin nəqliyyat üçün açıq olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!