Modern.az

180 mindən çox insan yürüşə çıxdı

180 mindən çox insan yürüşə çıxdı

Dünya

12 Noyabr 2023, 23:13

Bu gün, noyabrın 12-də Fransa senatının rəhbəri Jerar Larşe və Milli Assambleyanın sədri Yael Braun-Pivetin çağırışı ilə bütün Fransada antisemitizm əleyhinə yürüşlər keçirilib.

 

Modern.az xəbər verir ki, təkcə Parisdə 105 min, bütün Fransada isə 182 min adam antisemitizmə qarşı yürüş keçirib.

 

Məlumata görə, Paris yürüşü axşam tərəfi başlayıb. Bildirilir ki, yürüşdə Fransanın baş naziri Elizabet Born və respublikanın keçmiş prezidentləri Fransua Olland və Nikolya Sarkozi iştirak ediblər.

 

Təşkilatçılar “Respublika uğrunda, antisemitizmə qarşı” şüarı altında birləşərək bayraqsız yürüşə gəlməyi xahiş ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək