Həştərxanda beşmərtəbəli yaşayış binasının uçması nəticəsində bir qadın ölüb, bir neçə nəfər uçqun altında qalıb.
Modern.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib.
Onun sözlərinə görə, binadan 37-si uşaq olmaqla 213 nəfər təxliyə edilib.
İlkin məlumata əsasən, hadisə zamanı 1 nəfər ölüb (1939-cu il təvəllüdlü qadın), bir neçə nəfər itkin düşmüş hesab olunur.