UEFA Çempionlar Liqasının Liqa mərhələsində qələbə qazanan Azərbaycan çempionu “Sabah”ın iki oyundan sonra turnir cədvəlindəki yeri bəlli olub.
Modern.az xəbər verir ki, Bakıda "Slaviya"nı 2:0 hesabı ilə məğlub edən komandamız hazırda turnir cədvəlində 3 xalla xalla 21-ci yerdədir.
Xatırladaq ki, “Sabah” klubu 1-ci turda "Mançester Yunayted"ə uduzmuşdu.
Çempionlar Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.