Modern.az

İrəvanın rayon rəhbəri korrupsiya işinə görə dindirilir

İrəvanın rayon rəhbəri korrupsiya işinə görə dindirilir

Dünya

20 Noyabr 2023, 16:32

Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunun rəhbəri Samvel Qukasyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "ArmLur.am" mənbələrə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, əvvəllər Samvel Qukasyana çağırış vərəqəsi göndərilib, o, gəlməyib. Buna görə də aidiyyatı orqanlar onu birbaşa iş yerindən dindirməyə aparıblar.

 

"Söhbət Qukasyanın himayədarı, Kentron rayonunda kommunal xidmətlər və yaşayış binaları şöbəsinin müdiri Tiqran Martirosyanın aldığı rüşvətdən gedir", - deyə dindirilmə ilə bağlı qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək