Modern.az

Rusiya ilin sonuna "Maydan-3" əməliyyatı planlaşdırıb - ZELENSKİ

Rusiya ilin sonuna

Dünya

21 Noyabr 2023, 10:54

Ukrayna prezidenti Volodimir Zelenski "The Sun" nəşrinə müsahibə verib.

 

Modern.az xəbər verir ki, müsahibədə Zelenski bir sıra mətləblərdən söz açıb.

 

O, Rusiyanın Ukraynada hakimiyyət dəyişikliyi və çevriliş əməliyyatı planlaşdırdığını bəyan edib. Ukrayna prezidentinin sözlərinə görə, əməliyyat "Maydan-3" adlanır və ilin sonuna nəzərdə tutulub.

 

Zelenski qeyd edib ki, Moskva onu devirmək üçün bütün resurslarına əl atmağa hazırdır.

 

Ukrayna prezidenti vurğulayıb ki, ölkəsinin öz torpaqlarını qorumaq hüququ var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək