Modern.az

Deputat təyyarə qəzasında ÖLDÜ

Deputat təyyarə qəzasında ÖLDÜ

Dünya

3 Dekabr 2023, 10:23

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

 

“Dekabrın 2-də axşam məlum oldu ki, deputat Valter Arms San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

 

Deputatlar Palatası həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

 

Ultima Hora qəzetinin yazdığı kimi, ilkin məlumatlara görə, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!