Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib. Müdafiə sektoru ilə əlaqəli təxminən 1600 şirkət və fiziki şəxs "qara siyahı"ya daxil edilib.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas bildirib.
“Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli təxminən 1600 şirkət və şəxsin qara siyahıya salınmasını yenicə təsdiqləyiblər”, – deyə Kallas “X” sosial şəbəkəsində yazıb.
Sanksiyalar paketi müvafiq siyahının Aİ-nin “Rəsmi Jurnal”ında dərc olunmasından sonra qüvvəyə minəcək.