Modern.az

Mina təhlükəsi həmişə aktualdır - XİN

Mina təhlükəsi həmişə aktualdır - XİN

Dünya

4 Fevral 2024, 21:22

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında bildirib.

 

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

 

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib. 2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub”, - paylaşımda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi