Modern.az

Rusiya və ABŞ arasında danışıqlar 

Rusiya və ABŞ arasında danışıqlar 

Dünya

26 Mart 2024, 09:10

Rusiyanın ABŞ-dakı səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

 

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?