Modern.az

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyada güclü ZƏLZƏLƏ

Dünya

8 Aprel 2024, 08:12

Yaponiyanın Küsü adasının cənub-qərbində, Miyazaki prefekturasının cənubunda 5,2 maqnitudada zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər yayıb.

 

Mütəxəssislər fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə zəlzələdən sonra güclü titrəyiş ehtimalı barədə xəbərdarlıq ediblər.

 

Təbii hadisənin episentri Miyazaki sahillərində olub. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?