Modern.az

İrəvanda avtobus sürücüləri TƏTİL EDİR

İrəvanda avtobus sürücüləri TƏTİL EDİR

Dünya

22 May 2024, 16:54

Ermənistanın paytaxtı İrəvanın ictimai nəqliyyat sistemində çalışan avtobus sürücüləri tətil edir.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sürücülər avtobusları avtoparka qoyublar.

 

Onlar iddia edirlər ki, bu yaxınlarda vəzifəyə təyin olunub direktor Samvel Nazaryan öz qohumlarını işə götürür, digər işçiləri isə səbəbsiz yerə işdən azad edir.

 

Qeyd olunub ki, səbəbləri anlamaq əvəzinə onlara ultimatum verilir: ya 10 dəqiqədən sonra marşruta çıxın, ya da işdən çıxın.

 

Onların fikrincə, səbir kasalarını daşıran son damla sistemdə uzun müddət çalışmış baş mühəndis Andranik Manukyanın işdən çıxarılması olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV