Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə Brçko şəhəri yaxınlığındakı Qoritse ərazisində baş verib.
Məlumatda qeyd olunub ki, hadisə nəticəsində mülki infrastruktur obyektlərinə, əmlaka və nəqliyyat vasitələrinə ziyan dəyməyib. Mülki əhali arasında da xəsarət alan olmayıb.
Ölənlərdən ikisi İtaliya Silahlı Qüvvələrinin hərbçiləri, digər ikisi isə İtaliya Hərbi Qırmızı Xaç bölməsinin nümayəndələri olub.
Hadisə zamanı daha 11 nəfər yaralanıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.