ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mərkəz İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməli, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməli idi.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması planının dalana dirənməsi ilə əlaqələndirilir. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
CMCC-nin funksiyaları ABŞ komandanlığı altındakı Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi personalının sayı 190-dan 40-a endiriləcək, hərbçiləri isə digər ölkələrin mülki mütəxəssisləri əvəz edəcək. Qurumun gələcəkdə Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılması ehtimal olunur.