Modern.az

Trampın Çin səfərində insident - içəri buraxılmadı

Trampın Çin səfərində insident - içəri buraxılmadı

Dünya

14 May 2026, 13:50

Pekində təhlükəsizlik əməkdaşları ABŞ məxfi xidmətinin agentinə silahla Səma Məbədi kompleksinə daxil olmağa icazə verməyiblər.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin jurnalist hovuzu məlumat yayıb.

Məlumata görə, Çin təhlükəsizlik xidməti amerikalı jurnalistləri müşayiət edən məxfi xidmət əməkdaşının silahla məbəd ərazisinə keçidinə qadağa qoyub.

Hadisənin ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin obyektə səfərindən əvvəl baş verdiyi bildirilir. Silahla bağlı yaranan mübahisə səbəbindən media nümayəndələrinin məbəd kompleksinə girişinə təxminən 30 dəqiqə maneə yaranıb.

Çin tərəfi ciddi təhlükəsizlik qaydalarına əməl olunmasında israr edib. Gecikməyə baxmayaraq, dövlət başçılarının səfəri planlaşdırıldığı kimi baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır