Hazırda Azərbaycandakı həbsxanada sülh və insanlıq əleyhinə törətdiyi hərbi cinayətlərə görə çəza çəkən erməni oliqarx, ləğv edilmiş qondarma “Dağlığ Qarabağ”ın keçmiş rəhbərlərindən olan Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanı hədələyib.
Modern.az xəbər verir ki, Ermənistan KİV-i Ruben Vardanyanın Bakıdan göndərdiyi müraciətini yayıb.
Vardanyan mayın 28-nə İrəvanda keçirlməsi planlaşdırılan hərbi parada etiraz edib. O hesab edir ki, indiki vəziyyətdə hərbi parad keçirmək mənəviyyata ziddir.
Vardanyan Nikol Paşinyanı sərt şəkildə tənqid edib, onu yalançılıqda və plagiatda günahlandırıb.
O, erməniləri 28 may hərbi paradında iştirak etməməyə, seçkilərdə Paşinyanın partiyasına səs verməməyə çağırıb.
Xatırladaq ki, hazırda Azərbaycan həbsxanalarında bir sıra erməni cinayətkarlar müxtəlif müddətə çəza çəkir. Bunlar Azərbaycana qarşı hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətmiş Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Vasili Beqlaryan, Qurgen Stepanyan, Levon Balayan və Erik Qazaryandır.
5 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsi onlara müxtəlif hökmlər oxuyub. Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.