ABŞ Prezidenti Donald Tramp bildirib ki, tibbi müayinə zamanı onda heç bir sağlamlıq problemi aşkarlanmayıb.
Modern.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Yalnız altı aydan bir keçirilən tibbi müayinədən keçdim, Uolter Rid adına hərbi-tibb mərkəzində yoxlanıldım. Bütün göstəricilər ideal vəziyyətdədir", - deyə paylaşımda qeyd olunub.
Hazırkı müayinə 79 yaşlı siyasətçi üçün son 13 ay ərzində artıq üçüncü belə yoxlanış olub. Bundan əlavə, o, bu müddət ərzində ən azı iki dəfə diş həkiminə də müraciət edib.