Modern.az

Denqe qızdırmasına yoluxanların sayı artır

Denqe qızdırmasına yoluxanların sayı artır

Dünya

31 May 2026, 00:22

İranda denqe qızdırmasına yoluxma hallarının artdığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə İran QİÇS Mərkəzinin rəhbəri, professor Mino Məhrəz məlumat verib.

Onun sözlərinə görə, xəstəliyi yayan ağcaqanad növü artıq uzun müddətdir ölkədə mövcuddur və xüsusilə durğun sularda sürətlə çoxalır.

Mino Məhrəz qeyd edib ki, denqe qızdırması insanlara ağcaqanad sancması vasitəsilə keçir və insanlar arasında birbaşa yoluxma baş vermir.

“İlk yoluxma zamanı simptomlar əsasən yüngül keçir və soyuqdəyməni xatırladır. Lakin təkrar yoluxma daha ağır nəticələrə səbəb ola, qanaxma və hətta ölümlə nəticələnə bilər. Xəstəliyin spesifik müalicəsi yoxdur, buna görə profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir