Modern.az

Tramp İsraili İranla səhv saldı: “Orduları darmadağın edilib”

Tramp İsraili İranla səhv saldı: “Orduları darmadağın edilib”

Dünya

Bu gün, 14:46

ABŞ Prezidenti Donald Tramp İsraillə bağlı suala cavab verərkən səhvə yol verib. 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Tramp ABŞ administrasiyasının İsrailin yeni rəhbərliyi ilə əməkdaşlıq planlarını şərh edərkən deyib:

“Onların ordusu yoxdur, orduları darmadağın edilib, hərbi hava qüvvələri məhv edilib, donanması məhv edilib, hava hücumundan müdafiə qüvvələri sıradan çıxarılıb. Bizim darmadağın etdiyimiz nüvə obyektləri ilə bağlı isə heç nə edə bilmədilər”.

Jurnalistlərlə söhbət noyabrın 26-da ABŞ hərbçiləri ilə görüşdən sonra baş tutub.

Qeyd edək ki, bu, Trampın ölkələrin adlarını qarışdırması ilə bağlı ilk hal deyil. O, daha əvvəl də Ermənistanı Albaniya, Azərbaycanı isə Kamboca ilə səhv salıb. Həmçinin Azərbaycanın adını bir neçə dəfə təhrif edərək “Aberbaycan” və “Azərbaycan” formasında səsləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!