Modern.az

ABŞ-nin pilotsuz uçuş aparatını vurduq - SEPAH

ABŞ-nin pilotsuz uçuş aparatını vurduq - SEPAH

Dünya

Bu gün, 11:23

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının İranın ərazi suları üzərində vurulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlunat yayıb.  SEPAH bəyan edib ki, pilotsuz aparat İranın hava məkanını pozaraq kəşfiyyat xarakterli fəaliyyət həyata keçirməyə cəhd göstərib. Bildirilib ki, hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar olunaraq raket zərbəsi ilə məhv edilib. 

Açıqlamada vurğulanıb ki, İranın hava məkanı və ərazi suları tam nəzarət altındadır və istənilən pozuntuya qətiyyətlə cavab veriləcək. ABŞ tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV