Modern.az

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşır

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşır

Dünya

31 May 2026, 17:59

Qəzzada İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 72 min 939 nəfərə çatıb, 172 min 927 nəfər isə yaralanıb.

Modern.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində bir nəfər həlak olub, daha 8 nəfər yaralanıb.

Qeyd olunub ki, bir sıra qurbanların meyitləri hələ də dağıntılar altında və küçələrdə qalıb. Xilasetmə və təcili yardım qruplarının həmin ərazilərə çatmasının mümkün olmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!