Modern.az

Avropa Rusiya ilə müharibəyə hazır deyil

Avropa Rusiya ilə müharibəyə hazır deyil

Dünya

31 May 2026, 18:37

Avropa hələ də Rusiya ilə hərbi qarşıdurmaya hazır deyil.

Modern.az xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.

“Əlbəttə ki, vəziyyət bir neçə il əvvəlkindən daha yaxşıdır. Bəs hazırıqmı? Düşünmürəm ki, belədir. Avropa ölkələri lazım olduğu qədər tez silahlanmır. AB ölkələri müdafiə və qabaqlayıcı tədbirlərə daha çox pul xərcləyirlər, amma bu, hələ də kifayət deyil.

Avropa 2030-cu ilə qədər hərbi potensialını əhəmiyyətli dərəcədə artırmalı və yenidən silahlanmalıdır. Bu, ABŞ-ın təzyiq göstərməsi və ya NATO üzvü olmağımızla daxilində bağlı deyil. Bu, Avropa kimliyi üçün əsas məsələdir”, - Frederiksen bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...