Modern.az

Tramp ABŞ-nin Türkiyədəki səfirinə vəzifə verdi 

Tramp ABŞ-nin Türkiyədəki səfirinə vəzifə verdi 

Dünya

Bu gün, 19:39

Amerika lideri Donald Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı Suriya və İraq üzrə xüsusi nümayəndə təyin edib.

Modern.az-ın məlumatına görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın görkəmli iş gördüyünü və prezidentin Suriya və İraq üzrə xüsusi nümayəndəsi təyin ediləcəyini bildirməkdən məmnunam, çünki biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdiririk və onlarla münasibətlərimiz möhkəmlənməyə davam edir", - o qeyd edib.

Trampın bildirdiyinə görə, Barrak bu zaman Türkiyədəki səfir vəzifəsində qalacaq, yeni statusunda isə "ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə" fəaliyyət göstərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV