Modern.az

Seçkilərlə bağlı məhkəmələrə onlarla iş daxil olub

Seçkilərlə bağlı məhkəmələrə onlarla iş daxil olub

Dünya

7 İyun 2026, 22:44

Ermənistanda seçkilərlə bağlı məhkəmələrə onlarla iş daxil olub.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, Məhkəmə Departamenti iyunun 7-si saat 20:00-a olan vəziyyətə görə, seçkilərlə əlaqədar birinci instansiya məhkəmələrinə daxil olan işlərin sayını açıqlayıb.

Məlumata görə, Armavir vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsinə seçici siyahısına daxil edilmə tələbi ilə 3 iş daxil olub.

Şirak vilayətində bu rəqəm 11, Kotayk vilayətində 6, Geğarkunik vilayətində 4, Araqatsotn və Lori vilayətlərində isə hər birində 1 iş təşkil edib.

Bundan başqa, İrəvan şəhərinin birinci instansiya ümumi yurisdiksiya mülki məhkəməsinə 54 iş daxil olub.

İnzibati Məhkəməyə isə ümumilikdə 44 məhkəmə işi təqdim edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR