Modern.az

Trampdan İrana yeni hücumla bağlı açıqlama: “Tezliklə axırına çıxacağıq!”

Trampdan İrana yeni hücumla bağlı açıqlama: “Tezliklə axırına çıxacağıq!”

Dünya

Bu gün, 13:31

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların yenidən başlaya biləcəyi barədə yayılan məlumatlar fonunda vəziyyətin tezliklə həll olunacağını bildirib.

Modern.az xəbər verir ki, Tramp Ohayo ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə İran ətrafındakı vəziyyətlə bağlı danışarkən “Tezliklə bunun da axırına çıxacağıq” deyib.

ABŞ mediası daha əvvəl Vaşinqton və Təl-Əvivin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb. Məlumatlara görə, diplomatik danışıqlar uğursuzluqla nəticələnərsə, əməliyyat ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başlaya bilər.

Tramp daha əvvəl də İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?