Modern.az

Putin-Paşinyan görüşü nə vaxt olacaq? 

Putin-Paşinyan görüşü nə vaxt olacaq? 

Dünya

10 İyun 2026, 15:12

Vladimir Putin ilə Nikol Pashinyan arasında görüşlə bağlı hələlik dəqiq razılıq əldə olunmayıb.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, qərar Ermənistanda seçkilərin yekun nəticələri tam şəkildə təsdiqləndikdən sonra ikitərəfli səviyyədə qəbul ediləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun əvvəlində demişdi ki, parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 7 iyun tarixli seçkilərdə qalib gələrək, parlamentdə çoxluq qazanıb. Bir çox dövlət başçıları Paşinyanı seçki qələbəsinə görə təbrik etsələr də, Putin hələ ki tələsmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr